dünyasında (əsla, qətiyyən, heç vaxt, heç bir vəchlə)

not for anything / not for the world / not on your life / nothing shall induce me! / not for anything in the world! / not for worlds! / not for а moment / not for love or money / not on your life / not for all the tea in China / on no account / in no case / by no means / under no circumstances / not for anything / it’s absolutely out of the question (never) ни в жизнь / ни за какие блага в мире / ни за что на свете / даже если весь мир перевернётся / ни в коем случае / ни в коем разе / ни за что / ни за какие коврижки (ни при каких условиях, обстоятельствах, никогда)
dünyanın sonu
dünyasını başına dar etmək
OBASTAN VİKİ
Heç vaxt geri dönməyəcəyik
Heç vaxt geri dönməyəcəyik (ing. Never Goin' Back) — Avqustin Frizzellin yazıb rejissorluq etdiyi 2018-ci il komediya filmi. Film ən yaxşı dost və otaq yoldaşları olan iki yeniyetmə qız, Ancela və Cessinin hekayəsindən bəhs edir. Onlar aşağı səviyyəli bir yeməkxanada ofisiant kimi işləyirlər və çimərlik tətilinə getməyi xəyal edirlər. Bununla belə, onların planları pozulur və davamlı olaraq bir sıra problemlərlə qarşılaşırlar.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Heç vaxt əlvida demə (film, 2006)
Heç vaxt əlvida demə (Hind: कभी अलविदा ना कहना; Rom: Kabhi Alvida Naa Kehna; Alm: Sag niemals leb wohl) Bollivudda yazdığı orijinal ssenariləri və son illərdəki rejissorluğunu etdiyi mühüm filmləri ilə gündəmə gələn Karan Joharın üçüncü filmidir. Qısaca KANK kimi də tanınır. Filmin aktyorları sırasında Shah Rukh Khan, Rani Mukerji, Preity Zinta, Amitabh Bachchan, Abhishek Bachchan və Kirron Kher kimi məşhur Bollivud aktyor və aktrisaları olduğuna görə bu 2006-cı il filminə “Bollivudun ulduz paradı” ləqəbi verilmişdir. Karan Coharın ilk iki filmində baş rolu oynayan Kacol, eyni ildə çəkilən Fanaa filmində iştirak etdiyi üçün bu filmdəki Maya rolundan imtina etməli olmuş, lakin Coharın müvəffəqiyyət ulduzu olaraq Rock'N Roll Soniye mahnısında qısa bir rəqs şousu edərək filmdə qonaq aktyor qismində iştirak etmişdir. Filmin çəkilişlərin əksəriyyəti Nyu Yorkda aparılmış, qapalı çəkilişlərin bir hissəsi isə Mumbaydakı studiyalarda həyata keçirilmişdir. Daha əvvəl Dil Chahta Hai, Kal Ho Naa Ho və Don kimi mühüm filmlərin musiqisini bəstələyən Şankar-Ehsaan-Loy triosunun bəstələdiyi mahnıların sözlərini Caved Axtar və Bilal Şahvani yazmışdır. Təxminən 15.000.000 dollarlıq büdcə ilə çəkilən film 2007-ci ildə İstanbul Film Festivalı da daxil olmaqla bir çox ölkədə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Lakin onun IMDb-də qazanmış olduğu 5.6 reytinqi digər Cohar filmlərinin xalları ilə müqayisədə diqqətəlayiqdir. == Aktyorlar və rolları == Amitabh Bachchan ... Samarjit Singh Talwar; "Sexy Sam" Shah Rukh Khan ...
Qızım olmadan heç vaxt (film, 1991)
Qızım olmadan heç vaxt (İngiliscə:Not Without My Daughter), 1991 istehsalıdır ki bir Amerika vətəndaşı Betti Mahmudi və qızının ərindən və İrandan qaçışlarını mövzu alan filmdir. Film ABŞ və İsraildə çəkildi və baş rollarda Salli Fild və Alfred Molina oynamışdır.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Polkovnikə heç kim yazmır
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). == Məzmun == Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Heç kim (film, 2021)
Heç kim (ing. Nobody) — Derek Kolstad'ın senarisində İlya Naişuller tərəfindən idarə olunan bir Amerikan filmi komediyası. Baş rollarda Bob Odenkerk, Connie Nielsen, Aleksey Serebryakov və Christopher Lloyd oynayır. Film, evinə oğru girdikdən sonra ailəsini qorumağa çalışan və cinayətlə üzləşmək məcburiyyətində qalan bir ailə başçısından bəhs edir . Filmin prodüserləri Odenkerk və David Litchdir. Film Rusiyada 18 mart 2021-ci ildə ABŞ-da martın 26-da nümayiş olundu, distribütoru Universal Pictures-dir. Film dünya üzrə 57,5 ​​milyon dollar gəlir əldə etdi və tənqidçilərdən müsbət rəylər aldı, onlar Odenkerkinin varisliyini və aktyorluğunu yüksək qiymətləndirirlər. == Süjet == Hutch Mansell, qayınatası Eddiyə məxsus metal emalı fabrikində ofis işçisi kimi darıxdırıcı həyat sürən adi bir insandır. Hutchin arvadı Bekki illərdir ona soyuq yanaşır. Hutch oğlu Bleyklə yaxşı yola getmir və yeganə qızı Semmi ona bağlıdır.
Heç yerdə (film, 2023)
Heç yerdə — rejissor Alberto Pino tərəfindən 2023-cü ildə çəkilmiş ispanların sağ qalmaq haqqında olan triller filmidir. Filmin ssenarisi Ernesta Rieri, Miqel Rusa, İndian List, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmdə baş rolları Anna Kastilo və Tamar Novas ifa etmişdirlər. Distopik bir şəraitdə keçən filmin süjet xətti, totalitar rejimin ölkədə hakimiyyəti ələ keçirməsindən sonra ərindən ayrılan Mia (Kastilo) haqqındadır. == Rollarda == Anna Kastilo — Mia Tamar Novas — Niko == Çəkiliş == İndiana Listanın hekayəsi əsasında çəkilmiş olan bu ekran əsərinin süjet xətti Ernest Riera, Migel Ruz, İndiana Lista, Şonn Uilslou və Tereza Rosendoi tərəfindən yazılmışdır. Filmin prodüseri Migel Ruz olmuşdur. Onun Rock&Ruz studiyasındakı partnyoru olan Cordi Roka isə filmin icraçı prodüseri olmuşdur. Filmdəki atışma səhnələri Tarraqona limanında çəkilmişdir. == Buraxılış == Film 29 sentyabr 2023-cü ildə Netflix yayım platformasından başqa heç bir yerdə buraxılmamışdır. Netflix platformasında film böyük maraqla qarşılanmış və ilk üç gün ərzində 24 milyondan çox baxış sayı əldə etmişdir.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. == Mövzusu == Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq … Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. == Gizlədilmiş məktub == Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir: "Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." == Nəticə == Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Mən bilirəm ki, mən heç nə bilmirəm
"Mən bilirəm ki, mən heç nə bilmirəm" (q.yun. ἓν οἶδα ὅτι οὐδὲν οἶδα ; lat. scio me nihil scire və ya scio me nescire) — qədim yunan filosofu Sokrata (filosof Platona görə) aid olan ifadə . Bununla belə, 1968-ci ildə “Apologiya” nəşrinin qeydlərində A. A. Taho Qodi bu ifadəni Dilsə istinadən Demokritə aid edir. Bəzi sitatlarda bir qədər dəyişdirilmiş formada rast gəlinir - “ Mən nə qədər çox bilsəm, bir o qədər də başa düşürəm ki, heç nə bilmirəm ” və “ Təkcə onu bilirəm ki, heç nə bilmirəm.” == Mənası == Sokrat öz fikrini belə izah edirdi: insanlar adətən nəyisə bildiklərini düşünürlər, amma məlum olur ki, heç nə bilmirlər. Belə çıxır ki, mən öz bilgisizliyimi bilə-bilə, əslində mən hamıdan çox bilirəm . Görünür, burada məntiqi cəhətdən ziddiyyətli bir ifadə var: əgər insan heç nə bilmirsə, deməli bilmədiyi haqqında da bilə bilməz. Bu, bir növ koqnitiv təvazökarlıq prinsipini formalaşdırmaq cəhdidir. Bunu belə təsəvvür etmək olar: təsəvvür edin ki, bütün biliklərimiz şarın içindədir, bilgisizlik isə şarın çölüdür. Biliklərimiz nə qədər çox olarsa, şarın səthi bir o qədər çox olur və buna görə də əslində bilgisizlik ilə "təmas" getdikcə çoxalır.
İnternetdə heç kim sizin it olduğunuzu bilmir
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. == Tarixi == Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. == Konteksti == Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Azərbaycanda vaxt
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. == Növləri == Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. == Vaxt qrafiklərinin istifadəsi == Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. === Tarixi araşdırmalarda === Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki === Təbiət elmlərində === Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. === Layihə menecmentində === Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. == Həmçinin bax == Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Vaxt tənliyi
Vaxt tənliyi — eyni an üçün verilmiş coğrafi meridianda orta və həqiqi Günəş vaxtlarının fərqidir. η = T m − T ⊙ = t m − t ⊙ {\displaystyle \eta =T_{m}-T_{\odot }=t_{m}-t_{\odot }} Vaxt tənliyini əslində vaxt düzəlişi adlandırmaq daha doğru olardı, lakin o tarixi olaraq astronomiyaya vaxt tənliyi kimi daxil olmuşdur.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. == Təsviri == Rəsmdə iki taitili qız əks olunub. == Qiyməti == Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. == Sərgilənməsi == Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Real-vaxt strategiya
Real zamanda strategiya — strategiya videooyunları janrının alt-janrı olub, oyunçuların növbələşmə gözləmədən eyni vaxtda oynamağa davam etdikləri videooyun tipidir. Bu ifadə ilk dəfə Brett Sperri tərəfindən "Dune II" oyununun bazara çıxarılması zamanı istifadə olunub. RTS oyunlarında, digər müharibə oyunlarında olduğu kimi, iştirakçılar öz qüvvə və tikililərini özləri qurub xəritənin müvafiq hissələrində yerləşdiri və ya rəqiblərinin mülk və texnikalarını məhv edirlər. Tipik RTS oyunlarında oyun ərzində əlavə texnika və binaların yaradılması mümkündür. Bu vasitələr çox vaxt məhdud kəmiyyətli ehtiyatların (yanacaq, material və s.) hesabına qurulur. Bu ehtiyatlar xəritənin xüsusi hissələrində verilmiş mənbələrin nəzarət altına götürülməsi və ya yığım/emal üçün qurulmalı olan tikililərə bu məqsəd üçün nəzərdə tutulmuş texnikanın köməyi ilə əldə olunur. RTS oyunları üçün ehtiyatların yığılması, bazanın tikilməsi, oyundaxili texnologiyaların inkişaf etdirilməsi və qüvvələrin dolayı idarə olunması səciyyəvi xüsusiyyətlərdir. RTS oyunlarında oyunçuya verilən tapşırıqlar çox diqqət və vaxt tələb edə bilər, qalib gəlmək üçün təklif olunan istifadəçi interfeysi mürəkkəb olur. Digər videooyun janrları konseptual və oyun praktikası olaraq RTS-lərlə ortaq xüsusiyyətli olsalar da, RTS oyunları qədər mürəkkəbliyə malik deyil. Məsələn, şəhərtikmə oyunları, inşaat və idarəetmə simulyasiyatorları və real zamanda taktika oyunları "real zamanda strategiya" kateqoriyasına aid edilmir.
Şərqi vaxt zonası
Şərqi vaxt zonası (ing. Eastern Time Zone), Amerika Birləşmiş Ştatları və Kanadanın şərq hissəsini, Cənubi Amerika qitəsini və Karib hövzəsini əhatə edən saat qurşağıdır. Qış mövsümündə Koordinasiya edilmiş ümumdünya vaxtı ilə 5, yaz mövsümündə isə 4 saat fərq var. == Tətbiq olunduğu yerlər == === Kanada === Kanadanın aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Ontario Kvebek Nunavut === Amerika Birləşmiş Ştatları === Amerika Birləşmiş Ştatlarının aşağıdakı əyalət və şəhərləri, şərqi vaxt zonasından istifadə edirlər: Qərbi Virciniya Konnektikut Delaver Corciya Men Merilend Massaçusets Nyu-Hempşir Nyu-Cersi Nyu-York ştatı Şimali Karolina Ohayo Pensilvaniya Rod-Aylend Virciniya === Digər ölkələr === Aşağıdakı ölkər də şərqi vaxt zonasından istifadə edirlər: Meksika Panama Yamayka Haiti Kuba Baham adaları === Cənubi Amerika === Cənubi Amerika qitəsində bəzi ölkələr də şərqi vaxt zonasından istifadə edirlər: Kolumbiya Ekvador (Qalapaqos adaları istisna) Peru Braziliyanın bəzi regionları Akri Amazonas — Əyalətin cənub-qərbindəki region.
Ölməyə vaxt yoxdur
Ölməyə vaxt yoxdur (ing. No Time to Die) — Kori Coci Fukunaqanın rejissorluğu ilə 2021-ci ildə çəkilmiş cəsus filmi. Ceyms Bond film seriyasının iyirmi beşinci filmidir. Bu Deniel Kreyqin baş rolda oynadığı sonuncu Ceyms Bond filmidir. Filmdə Ceyms Bond MI6-dakı işindən təqaüdə çıxır. Lakin sonra CIA girov götürülmüş bir alimin xilas edilməsi üçün ondan kömək istəyir. Bu missiya Bondu qisas almaq istəyən təhlükəli düşmənlə qarşıdurmaya aparır. Bu düşmənin milyonlarla insanın ölümünə səbəb ola biləcək güclü silahı var. Bond bu təhlükəni dayandırmaq və dünyanı xilas etmək üçün bacarıqlarından istifadə etməlidir.